Logo

Məşhur müğənni səhnədən enib anasının əlini öpdü - FOTO

Məşhur müğənni səhnədən enib anasının əlini öpdü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

15 illik fasilədən sonra yenidən səhnəyə qayıdan Emrah Yalıkavakdakı konserti zamanı tamaşaçılar arasında anası Ayten xanımı görüb. Sənətçi səhnədən enərək anasının əlini öpüb.

Sfera.az xəbər verir ki, uzun fasilədən sonra konsert proqramlarına başlayan Emrah Yalıkavakda pərəstişkarları qarşısında çıxış edib.

Təxminən 2,5 saat davam edən konsert zamanı sənətçi sevilən mahnılarını səsləndirib.

Konserti ön sıradan izləyənlər arasında anası Ayten xanım da olub. Anasını görən Emrah çıxışına qısa fasilə verərək səhnədən enib və onun əlini öpüb. Bu jest tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb:

“Əvvəlcə anamın xeyir-duasını almaq istədim. Bu gün burada ayaqdayamsa, onun əməyi və duası sayəsindədir. Duasız olmaz! Səni çox sevirəm, ana”.

15 ildən sonra səhnəyə qayıdan Emrah İstanbul və Bodrumdakı konsertlərindən sonra bu dəfə Antalyada pərəstişkarları ilə görüşəcək.

İradə Elsevər

Sfera.az

Məşhur müğənni səhnədən enib anasının əlini öpdü - FOTO — foto 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR