Cem Yılmazın son vəziyyəti açıqlandı - FOTO

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz ürək tutmasından sonra ilk dəfə sosial media hesabında paylaşım edib.
Sfera.az xəbər verir ki, ötən şənbə günü Ayvacıq rayonunun Paşaköy kəndindəki bağ evində ürək tutması keçirən Cem Yılmaz əvvəlcə Ayvacıq Dövlət Xəstəxanasına aparılıb.
Burada ilkin tibbi yardım göstərildikdən sonra o, Çanaqqala On Səkkiz Mart Universitetinin (ÇOMÜ) Xəstəxanasına (ÇOMÜ) sevk edilib.
Məşhur komediya aktyoruna xəstəxanada angioqrafiya aparılıb. İki günlük müalicədən sonra səhhəti yaxşılaşan Yılmaz evə buraxılıb.
Cem Yılmaz xəstəxanadan çıxdıqdan sonra səhhəti ilə bağlı yeni paylaşım edib. O, siqareti tərgitdiyini və çəki atdığını açıqlayıb.
“Bəli, siqareti tərgitdim, çəkimi atdım. İstədiyiniz hər şeyi etdim. İndi növbə cəmiyyətdədir. Görək, cəmiyyət də mənim arzularımı yerinə yetirəcəkmi? Bəli, söz səndədir, cəmiyyət. Allaha şükür, səhhətim yaxşıdır. Yenidən mənə dəstək olan, xoş arzularını çatdıran hər bir sevənimə təşəkkür edirəm. Məni yenə xilas etdiniz. Bir həftədir ürəyini, damarlarını yoxlatdırmayan varsa, mütləq müayinədən keçsin. Damar çox önəmlidir”, - deyə Cem Yılmaz bildirib.
Onun paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və çoxsaylı “keçmiş olsun” mesajları ilə qarşılanıb.
Cem Yılmazın səhhəti ilə bağlı açıqlama verən professor doktor Ercan Akşit isə komediyaçının vəziyyətinin ciddi olduğunu bildirib.
“Bir insanın keçirə biləcəyi ən ağır ürək tutmalarından biri ilə gəlmişdi”, - deyə həkim qeyd edib.
Bəsti Rəfizadə








