“Elə bil, Əli və Mikayıl dünən birinci sinfə gedirdi”

“Elə bil, Əli və Mikayıl dünən birinci sinfə gedirdi”
Kateqoriya məlum deyil
T

Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib.

Sfera.az xəbər verir ki, ifaçı əkizləri Əli və Mikayılın ilk məktəbə başladıqları vaxtı xatırlayaraq duyğulanıb:

"Elə bil, Əli və Mikayıl dünən idi ki, birinci sinfə gedirdi. İndi isə artıq 18 yaşları tamam olmaq üzrədir. Əminənin hazırda məktəb həyatının ən qaynar dövrüdür, orta siniflərdə oxuyur, Afina isə bu il məktəb yoluna yenicə başlayır və birinci sinfə gedir.

Düzünü desəm, məktəb üçün darıxmıram. Çox dəcəllik edirdim. Amma hesab edirəm ki, məktəb çox vacib mərhələdir. Məktəbdə dostlar tapırıq. Bu dostluğu ömür boyu davam etdirmək çox gözəldir. İlk çətinliklərin öhdəsindən gəlir və daha müstəqil oluruq.

Bütün uşaqlara maraqlı və uğurlu tədris ili arzulamaq istəyirəm. Valideynlərə isə bol-bol güc, səbir və qürur duyacaqları çoxlu səbəblər arzulayıram".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR