Məşhur aktrisa ölən anasının külünü yeyirmiş...

Böyük Britaniyalı aktrisa Reyçel Sterlinq mərhum anası, "Taxt oyunları" serialında Olenna Tirell obrazını canlandıran aktrisa Diana Riqq ilə bağlı diqqətçəkən açıqlama verib.
Sfera.az xəbər verir ki, Reyçel Sterlinqin "Anam haqqında hər şey" adlı xatirələr kitabında məlumat yayılıb.
49 yaşlı sənətçi kitabında yazıb ki, tamaşalarının premyerası günü səhnəyə çıxmazdan əvvəl anasının külündən az miqdarda yeyir. O, bu davranışını özü üçün tamamilə normal və təbii hesab etdiyini bildirib.
Reyçel Sterlinqin sözlərinə görə, anasının külünü yemək ona Diana Riqqin mənəvi dəstəyini hiss etməyə kömək edir.
"İnsanlara bu barədə danışanda şoka düşürlər, lakin mənim üçün bu, tamamilə təbiidir. O məni əhatə edir, qoruyur və bürüyür. Anam mənim super gücümdür", - deyə aktrisa qeyd edib.
Qeyd edək ki, Diana Riqq 2020-ci ildə xərçəng xəstəliyi ilə mübarizədən sonra 82 yaşında dünyasını dəyişib.






