Pınar Altuğ 52 yaşını qeyd etdi

Kateqoriya məlum deyil
T
Türkiyəli aktrisa Pınar Altuğ Atacan 52-ci doğum gününü qeyd edib. Aktrisanın bu özəl günündə qızı Su Atacan və həyat yoldaşı Yağmur Atacan tərəfindən edilən paylaşımlar diqqət çəkib.
Sfera.az xəbər verir ki, Su Atacan anası Pınar Altuğ ilə birlikdə çəkdirdiyi fotosunu sosial media hesabında paylaşaraq ona duyğusal sözlər ünvanlayıb.
O, paylaşımında “Hansı kainatda olursa olsun, yenə də sənin qızın olmağı seçərdim” ifadəsini yazıb.
Pınar Altuğun həyat yoldaşı Yağmur Atacan da onun doğum gününü yumorla qeyd edib.
O, ad günü tacı və ziyafət eynəyi taxmış Pınar Altuğun fotosunu paylaşaraq, “Evdən çıxarkən belə bir şeylə qarşılaşdım” qeydini yazıb.
İradə Elsevər
Sfera.az








