Ariana Qrande pərəstişkarları ilə vidalaşdı

Ariana Qrande pərəstişkarları ilə vidalaşdı
Kateqoriya məlum deyil
T

Musiqi dünyasının məşhur simalarından Ariana Qrande dünya turunun son konsertində emosional anlar yaşayıb. Daim ictimaiyyətin diqqət mərkəzində olmaqdan yorulduğunu bildirən müğənni səhnədə göz yaşlarına hakim ola bilməyib.

Sfera.az xəbər verir ki, 33 yaşlı sənətçi “Eternal Sunshine” dünya turunun 41-ci və son konserti üçün Londondakı “O2 Arena”da səhnəyə çıxıb.

İki saatlıq konsertin ortasında pərəstişkarlarına müraciət edən Qrande bu təcrübənin həyatının ən gözəl anlarından biri olduğunu deyib və ona dəstək olan hər kəsə təşəkkür edib.

Son dövrdə ictimai təzyiq və sosial şəbəkələrdəki sərt tənqidlər səbəbilə daha sakit və diqqətdən uzaq həyat yaşamaq istədiyini bildirən müğənni səhnəarxası komandasına, rəqqaslara və mühafizəçilərinə də təşəkkür edib.

Səhnə fəaliyyətinə fasilə verməsinə baxmayaraq, Ariana Qrande yaxın aylarda kino ekranlarında görünəcək. Onun Ben Stiller və Robert De Nironun da rol aldığı “Focker-In-Law” filmi ilə noyabr ayında tamaşaçı qarşısına çıxacağı bildirilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR