Sinan Akçıldan sərt addım: Mahnıları oxumağı qadağan etdi

Türkiyəli müğənnilər Sinan Akçıl və Ferhat Göçər arasında illərdir davam edən gərginlik yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Akçıl sosial media hesabında vəkili Eda Salman vasitəsilə Ferhat Göçərə notarius yolu ilə xəbərdarlıq göndərildiyini açıqlayıb.
O, öz müəllifi olduğu mahnıların bundan sonra Göçər tərəfindən canlı ifa edilməsinə icazə vermədiyini bildirib.
Məsələ ilə bağlı Ferhat Göçərin verəcəyi cavab isə maraqla gözlənilir.
Qeyd edək ki, iki sənətçi arasında gərginlik uzun illər əvvəl başlayıb. Akçıl daha əvvəl Göçərin ifa etdiyi bir sıra məşhur mahnıların müəllifi olduğunu bildirərək onun bu əsərləri oxumasına qarşı çıxmışdı. Akçılın müəllifi olduğu və Göçərin ifa etdiyi mahnılar arasında “Biri Bana Gelsin”, “Vefası Eksik Yarim”, “Kızım”, “Bunları Boşver” və “Dön Gel Yeter” kimi əsərlər də var.
İradə Elsevər






