Rafet El Romanın canlı ifası müzakirələr yaratdı - VİDEO

Rafet El Romanın canlı ifası müzakirələr yaratdı - VİDEO
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur müğənnisi Rafet El Romanın konsert zamanı nümayiş etdirdiyi səhnə performansı sosial şəbəkələrdə gündəm olub.

Sfera.az xəbər verir ki, sənətçinin çıxışından yayılan görüntülər izləyicilər tərəfindən fərqli reaksiyalarla qarşılanıb. Onun mahnılarını sevənlər ifanı bəyəndiklərini bildirərək, Rafet El Romanın mahnılarının onlara gənclik illərini xatırlatdığını qeyd ediblər.

Bununla yanaşı, bəzi sosial şəbəkə istifadəçiləri müğənninin səsinin əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini düşünərək, ifası zamanı müəyyən detonasiyaların eşidildiyini yazıblar.

"Səs qalmadı", "Başdan sona detone", "Bir ara səsi düzəldi, sonra yenidən zəiflədi" kimi şərhlər diqqət çəkib.

Digər tərəfdən, Rafet El Romanı müdafiə edən izləyicilər də az olmayıb. Onlar sənətçinin illərdir sevilən ifaçı olduğunu vurğulayaraq, "Bizə başqa biri yox, Rafet El Roman lazımdır" və "O bizim Rafet El Romanımızdır" kimi rəylər yazıblar.

Beləliklə, sənətçinin səhnə performansı sosial mediada həm tənqid, həm də dəstək dolu şərhlərlə müzakirə mövzusuna çevrilib.


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR