Sərdar Ortaçla evliykən ana olmaq istəməmişdi, indi hamilədir

Kateqoriya məlum deyil
T
Model Xloe Luqnan ana olacaq.
Sfera.az xəbər verir ki, bu barədə model sosial media hesabında paylaşım edib.
Xatırladaq ki, Xloe nişanlısı Fergus Hennessy adlı şəxslə uzun müddətdir münasibətdədir.
Qeyd edək ki, Xloe müğənni Sərdar Ortaçla qalmaqallı şəkildə boşanıb. İfaçı eks-xanımına külli miqdarda təzminatla yanaşı, aliment də ödədiyini açıqlayıb. Sərdar evli olduqları müddətdə ata olmaq istədiyini bildirsə də, Xloenin buna müsbət yanaşmadığını bildirmişdi.






