İrem Dericinin nişanlısı həbs edildi

İrem Dericinin nişanlısı həbs edildi
Kateqoriya məlum deyil
T

Türkiyəli məşhur müğənni İrem Dericinin DJ nişanlısı Melih Kunukçu qanunsuz mərc araşdırması çərçivəsində həbs edilib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kunukçunun vəkili Abide Gülel Saral bildirib ki, onun müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittiham yalnız “mərc oynamaq” əməli ilə bağlıdır.

Vəkilin sözlərinə görə, Kunukçu məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilərək cəzaçəkmə müəssisəsinə göndərilib. Onun araşdırma çərçivəsində həbs edilən 311 nəfər arasında olduğu məlum olub.

Vəkil Abide Gülel Saral sosial media hesabında məsələ ilə bağlı açıqlama yayıb.

“Bu iş mərc oynatmaq, bank hesablarının/IBAN-ların istifadəyə verilməsi və mərc oynamaq kimi bir-birindən fərqli xarakter daşıyan iddialar çərçivəsində aparılan, çoxsaylı şəxsi əhatə edən genişmiqyaslı araşdırmadır. Müvəkkilim hazırda bu araşdırma çərçivəsində 311 nəfərlə birlikdə həbsdədir. Lakin xüsusilə qeyd etmək lazımdır ki, müvəkkilim İsmail Melih Kunukçuya qarşı irəli sürülən əməl yalnız mərc oynamaqla məhdudlaşır. Müvəkkilimin mərc oynatması, qanunsuz mərc təşkilatı idarə etməsi, bu məqsədlə bank hesabından və ya IBAN-dan istifadə etdirməsi, yaxud buna bənzər hər hansı fəaliyyətlə məşğul olması ilə bağlı ona qarşı heç bir ittiham irəli sürülməyib”, - deyə vəkil qeyd edib.

Saral bildirib ki, Kunukçu ifadəsini öz iradəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edərək verib və araşdırmanın ilk günündən etibarən səlahiyyətli qurumlarla tam şəffaf əməkdaşlıq edib.

Vəkil əlavə edib ki, hazırda davam edən araşdırma çərçivəsində məhkəmə tətilinin başa çatmasından sonra ittiham aktının hazırlanmasını gözləyirlər.

“Müvəkkilimiz barəsində irəli sürülən ittihamın yalnız mərc oynamaq əməli ilə məhdudlaşdığı məsələsinin məhkəmə prosesi zamanı da aydınlaşacağına inanırıq. Davam edən araşdırmaya və məhkəmə prosesinə hörmətimiz tamdır. Təqsirsizlik prezumpsiyası və ləkələnməmək hüququ çərçivəsində müvəkkilimizin araşdırmanın bütövü daxilində yer alan fərqli və daha ağır xarakterli iddialarla əlaqələndirilməməsinin vacibliyini xüsusilə ictimaiyyətin diqqətinə çatdırırıq. Məsələnin hüquqi proses çərçivəsində qısa müddətdə bütün aydınlığı ilə ortaya çıxacağına inanırıq”, - deyə vəkil açıqlamasında vurğulayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR