"Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"

Aktrisa Zülfiyyə Qurbanova qadınlarla bağlı fikirlərini bölüşüb.
Sfera.az xəbər verir ki, sənətçi bu barədə "2+1" layihəsində qonaq olarkən danışıb. Oynadığı qadın obrazlarından söz açan Z. Qurbanova baxımlı və özünə diqqət göstərən qadınların cəmiyyətdə bəzən tənqid olunduğunu bildirib:
"Baxımlı, işlədiyi işdən asılı olmayaraq özünə səliqə verən qadınlar haqqında nələr danışılır. Bəzən tamaşaçı danışanı yox, bu cür qadınları qınayır".
Aktrisa insanların bəzən tənqid etmək üçün fürsət axtardığını deyib:
"İnsanlar nəyisə qınamaq istəyir. Əllərində balta ilə dayanırlar ki, qınayaq. Yazığım gəlir belələrinə".
Zülfiyyə qadın obrazları ilə bağlı da fikirlərini açıqlayıb. O, ekranlarda daha çox zəif, mübarizə aparmayan qadın obrazlarının sevildiyini vurğulayıb:
"Növbəli işləyən, əziyyət çəkən qadınlar var. Xoşlayırıq ekranda əzilmiş, döyülmüş, özünü müdafiə edə bilməyən qadın görək. Görün, "xəyalımdakı qadın" sözü necə uçacaq göydə. Seriallarda zəif, mübarizə aparmayan qadınlar var. Gözündən iki damcı yaş tökülən kimi qəhrəmana çevrilir. Ona görə də güclü qadını qəbul etmirlər".\\axsam.az






