Yanğına görə evlərindən təxliyyə olundular

Yanğına görə evlərindən təxliyyə olundular
Kateqoriya məlum deyil
T

Hollivud ulduzu Corc və xanımı Amal Kluni Fransadakı meşə yanğınları səbəbindən evlərini tərk edib.

Sfera.az xəbər verir ki, cütlük 9 yaşlı əkizləri Ella və Aleksanderlə birlikdə Brinyol şəhərində yaşayır. Onlar şəhər meri Didye Bremona məktub ünvanlayaraq baş verən hadisələrdən narahat olduqlarını bildiriblər.

“Hazırda gözəl evimizin bu dəhşətli hadisələrdən sağ çıxıb-çıxmayacağını bilmirik. İlk növbədə ümid edirik ki, siz və şəhər sakinləri təhlükəsizsiniz. Nə baş verməsindən asılı olmayaraq, şəhərimizin bərpasında iştirak edəcəyik. Biz bu şəhəri və burada yaşayan dostlarımızı sevirik” deyə, cütlük məktubda qeyd edib.

Qeyd edək ki, Corc Kluni daha əvvəl Fransadakı həyatından danışaraq kənddə yaşamağın onun üçün zamanla xüsusi dəyər qazandığını açıqlamışdı. Aktyor uşaqlarının təbiətə yaxın böyüdüyünü, ailə ilə birlikdə vaxt keçirdiklərini və gündəlik işlərdə iştirak etdiklərini vurğulayıb. \\axsam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR