Seda Sayan Haluk Leventdən danışdı: "Onu əvvəldən tanıyırdım"

Seda Sayan Haluk Leventdən danışdı: "Onu əvvəldən tanıyırdım"
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni Seda Sayan AHBAP Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Haluk Levent haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Sfera.az xəbər verir ki, sənətçi İstanbulda alış-veriş etdiyi ticarət mərkəzində jurnalistlərin suallarını cavablandırarkən AHBAP Dərnəyinə heç vaxt ianə etmədiyini bildirib.

Seda Sayan yardımlarını hər zaman dövlətin tövsiyə etdiyi qurumlara etdiyini vurğulayaraq, bu məsələdə ehtiyatlı davrandığını deyib.

"AHBAP-a heç vaxt ianə etməmişəm. Yardım edəcəyim yeri yaxşı seçirəm. Haluk Leventi əvvəldən tanıdığım üçün ianələrimi həmişə dövlətimin tövsiyə etdiyi ünvanlara yönəltmişəm", - deyə sənətçi bildirib.

Onun bu açıqlaması qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.

Qeyd edək ki, İstanbul Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent də daxil olmaqla bir neçə nəfər barəsində həbs qərarı verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR