Fədayə Laçının son görüntüsü müzakirə yaratdı - VİDEO

Fədayə Laçının son görüntüsü müzakirə yaratdı - VİDEO
Kateqoriya məlum deyil
T

Müğənni Fədayə Laçının son görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, müğənni bu günlərdə gözəllik salonlarından birində olarkən repertuarında yer alan "Bəs nə deyim?" mahnısını canlı ifa edib. O, həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Paylaşımın ardından bir sıra izləyicilər Fədayə Laçını ilk baxışdan tanımaqda çətinlik çəkdiklərini bildiriblər.

İstifadəçilər onun görünüşündə nəzərəçarpacaq dəyişiklik olduğunu qeyd edərək müxtəlif fikirlər səsləndiriblər.

Bəzi sosial şəbəkə istifadəçiləri müğənninin çəki artımını səhhəti ilə əlaqələndirsələr də, bununla bağlı Fədayə

Laçının özü tərəfindən hər hansı açıqlama verilməyib.\\qaynarinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR