"İndiki ağlım olsaydı, 35 yaşı keçməzdim"

Kateqoriya məlum deyil
T
Türkiyəli aktyor İlker Aksum atalıqla bağlı səmimi etirafı ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, 53 yaşında ilk dəfə ata olan sənətçi qızının həyatına qatdığı xoşbəxtlikdən danışıb.
İlker Aksum bildirib ki, ən böyük arzusu övladının böyüyüb boya-başa çatdığını görməkdir. Aktyor etiraf edib ki, indiki həyat təcrübəsi ilə yenidən seçim etmək imkanı olsaydı, ata olmağı daha erkən yaşlarda istəyərdi.
"İndiki ağlım olsaydı, ata olmaq üçün 35 yaşı keçməzdim", - deyə sənətçi bildirib.
Aktyorun bu açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər onun valideynliklə bağlı səmimi fikirlərini müzakirə edərək çoxsaylı şərhlər yazıblar.






