Xərçənglə mübarizə aparan aparıcı: “Özümdən çox üzr istəyirəm”

Xərçənglə mübarizə aparan aparıcı: “Özümdən çox üzr istəyirəm”
Kateqoriya məlum deyil
T

Sağlamlıq problemləri ilə mübarizə aparan tanınmış türkiyəli aparıcı Nursel Ergin sosial şəbəkədə etdiyi son paylaşımı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, bir müddət əvvəl Gökhan Çınarın təqdim etdiyi “Katarsis” proqramına qonaq olan aparıcı 8 ay davam edən xərçənglə mübarizəsinin həyatında yaratdığı böyük dəyişikliklərdən danışıb. Ergin xəstəlik dövründə keçmişi ilə üzləşdiyini, özünü yenidən kəşf etdiyini və sanki həyata yenidən başladığını bildirib.

Keçmişi ilə barışdığını və özünə dəyər verməyi öyrəndiyini deyən Nursel Ergin bu dəfə şəxsi sosial media hesabında paylaşdığı yeni fotosu və səmimi qeydi ilə izləyicilərinin diqqətini çəkib. O, paylaşımında bu sözləri yazıb:

“Son vaxtlar özümdən narahat idim. Görəsən başıma nəsə gəlib, ölmüşəm, yoxsa sağam? Öz-özümdən heç bir xəbərim yox idi. Axır ki, dözə bilməyib öz qapımı özüm döydüm. Qapını açan isə yenə mən idim. Bir müddət özümə baxdım, səbrimə, hələ də gülən simama heyran qaldım və özümə sarıldım”.

Aparıcı daha sonra özündən üzr istədiyini bildirərək bunları əlavə edib:

“Özümə dedim ki, məni bağışla. Bundan sonra ilk növbədə özünə qayğı göstərəcəyəm. Bir-birimizə sarıldıq, ağladıq və yolumuza davam etməyə qərar verdik. Bəs siz, döyəcəyiniz bir qapınız varmı?”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR