“Özü kəfən geyinib aramızdan köçdü, balasına yardım lazımdır“

Aparıcı Lalə Azərtaş Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin hazırda xəstəxanada olan qızı üçün yardım istəyib.
Sfera.az xəbər verir ki, aparıcı paylaşımında vaxtilə bir çox sənət adamının milli geyimlərini məhz Könülün hazırladığını bildirib. O, mərhumun azyaşlı qızına dəstək olunmasını istəyərək izləyicilərinə müraciət edib:
“Bir zamanlar bütün milli geyimləri Könül xanımdan geyinərdik. O isə kəfən geyib aramızdan köçdü. Onun balasına yardım lazımdır. Səhifəmdəki xeyirxah insanlar, növbəti postda paylaşdığım kart nömrəsindən yardım edək…”.
Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. O, hazırda İstanbulda müalicə alır.








