Flora Kərimova yubiley təklifindən imtina etdi

Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub. Sənətkarın yubileyi paytaxt restoranlarının birində yaxınlarının əhatəsində keçirilib.
Sfera.az xəbər verir ki, müğənni Rövşən Civişov Qaynarinfo-ya açıqlamasında yubiley məclisinin restoran sahibi tərəfindən Flora Kərimovaya hədiyyə edildiyini bildirib.
"Əslində restoran sahibi Flora Kərimovanın böyük pərəstişkarıdır. O, Flora xanımın yubileyinin daha təmtəraqlı keçirilməsini istəyirdi. Lakin Flora xanım səhhəti buna imkan vermədiyindən təklifi qəbul etmədi", o deyib.
Rövşən Civişovun sözlərinə görə, məclisdə sənət dünyasından yalnız müğənni Rəqsanə İsmayılova iştirak edib:
"Rəqsanə xanım Flora Kərimovanı şəxsən təbrik etməyə gəlmişdi. Sağ olsun, Flora xanımın sənətinə olan böyük sevgisindən irəli gələrək bu özəl gündə onu tək qoymadı. Ümumilikdə isə mərasimdə yalnız ailə üzvləri yer alıb".
Rövşən Civişov bildirib ki, Flora Kərimovaya dövlət tərəfindən diqqət var:
"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir, hər zaman onun müalicəsinə dəstək olurlar. Bundan əlavə Mədəniyyət Nazirliyinin də Flora Kərimovaya böyük dəstəyi olub, həmişə onunla maraqlanırlar". \\milli.az






