85 yaşlı Flora Kərimova ad günündə kövrəldi...

85 yaşlı Flora Kərimova ad günündə kövrəldi...
Kateqoriya məlum deyil
T

Azərbaycan musiqisinin tanınmış simalarından, Xalq artisti Flora Kərimova 85 illik yubileyini yaxınlarının əhatəsində qeyd edib.

Sfera.az xəbər verir ki, sənətkar özəl gününü paytaxtdakı məkanlardan birində ailə üzvləri, dostları və sənət cameəsinin nümayəndələri ilə birlikdə keçirib. Yubiley gecəsindən yayılan görüntülər qısa müddətdə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Tədbirin ən yaddaqalan məqamlarından biri Xalq artistinin səhhəti tam imkan verməsə də, qonaqların istəyi ilə rəqs etməsi olub. Onun bu addımı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Xanım müğənni həmçinin ifa olunan "ana" mahnısına kövrəlib.

Yubiley gecəsində diqqət çəkən digər məqam isə Flora Kərimovanın Londonda yaşayan qızı Zümrüdün də mərasimə qatılması olub. O, bu əlamətdar gündə anasının yanında olaraq sevincini onunla bölüşüb.

Doğum günü tədbirindən paylaşılan görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və sənətkara ünvanlanan təbrik mesajları sosial şəbəkələrdə geniş yer alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR