"Anam artıq heç nə edə bilmir, çox qocalıb"

"Neçə yaşda olursan ol, ananın yeməyinə ehtiyacın var. Anam həyatdadır, amma yaşlıdır. Çox qocalıb, artıq heç nə edə bilmir. Anama da, Aynişana da qidalar hazırlayıb verirəm. Anamın evində hər şey rahat olmasa, mən öz evimdə otura bilmərəm".
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova "Qonaqcanlı" verilişində deyib. Müğənni anası haqda danışarkən onun durumunu açıqlayıb. O, yaşından asılı olmayaraq hər kəsin ana qayğısına ehtiyac duyduğunu bildirib:
"Sağkən qədrini bilməliyik. Öləndən sonra gedib məzarın başında şəkil çəkdirməyin, ağlamağın, yalandan "ay ana", "ay ata" deməyin mənası yoxdur".
Müğənni qızı Aynişanın yaradıcılığından da söz açıb. O bildirib ki, əvvəl insanlar Aynişanı onun qızı kimi tanısalar da, o artıq öz adını qazanıb:
"Əvvəl Aynişanı mənə görə tanıyıb sevdilər. Amma indi öz adını qazandı. Aynişan özü qərar verir, musiqini davam etdirəcək, ya yox. Uşaqlıqdan bu sənətin içindədir. Deyir ki, elə ifa istəyirəm ki, sevilsin. Böyük xanımdır, qərarları özü verir".






