"Ən yaraşıqlı kişi" adlandırılan fenomen yenidən gündəm oldu

"Ən yaraşıqlı kişi" adlandırılan fenomen yenidən gündəm oldu
Kateqoriya məlum deyil
T

Maksimum xarici görünüşə nail olmağı hədəfləyən Looksmaxxing trendinin əsas simalarından biri hesab olunan amerikalı bloqer Breyden Piters "Miami New Times" jurnalının üz qabığında yer alıb.

Sfera.az xəbər verir ki, 20 yaşlı influenser jurnal üçün yaxın planda çəkilib və nəşrə müsahibə verərək gündəlik həyatı barədə danışıb.

Xarici görünüşünü daim təkmilləşdirməyə xüsusi diqqət yetirdiyi üçün tez-tez "dünyanın ən yaraşıqlı kişisi" adlandırılan Piters son illərdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Looksmaxxing hərəkatı 2010-cu illərdə internet forumlarında yaranıb. Hərəkatın tərəfdarları üz cizgilərini, bədən quruluşunu və ümumi görünüşlərini müxtəlif üsullarla "ideal" hesab etdikləri standartlara uyğunlaşdırmağa çalışırlar. Bu məqsədlə onlar həm idman və kosmetik prosedurlardan, həm də daha radikal müdaxilələrdən istifadə edirlər.

Son dövrlərdə trend çərçivəsində tətbiq olunan bəzi üsullar mütəxəssislərin narahatlığına səbəb olub. Bunlar arasında piy toxumasını azaltmaq üçün lipolitik inyeksiyalar da var. Həkimlərin sözlərinə görə, bu cür prosedurlar düzgün aparılmadıqda ciddi fəsadlara, o cümlədən toxuma və sümük zədələnməsinə səbəb ola bilər.

Xatırladaq ki, Breyden Piters daha əvvəl də görünüşünü dəyişdirməyə yönəlmiş qalmaqallı məsləhət və paylaşımları ilə gündəmə gəlmişdi.

İnci

Sfera.az

PAYLAŞ