“Reynmen” pişiyinin hücumuna məruz qaldı

“Reynmen” pişiyinin hücumuna məruz qaldı
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış rep ifaçısı “Reynmen” ləqəbi ilə tanınan Yusuf Aktaş öz pişiyinin hücumuna məruz qalıb.

Sfera.az xəbər verir ki, pişiyini sığallamaq istəyən müğənni gözlənilmədən hücumuna məruz qalıb. Nəticədə bədəninin müxtəlif nahiyələrindən xəsarət alan “Reynmen” ehtiyat məqsədilə xəstəxanaya müraciət edib.

Məşhur ifaçı sosial şəbəkə hesabında qan ləkələri olan köynəyinin fotosunu paylaşaraq başına gələn hadisə barədə izləyicilərinə məlumat verib. Xəstəxanada müayinədən keçən “Reynmen” mümkün infeksiya riskinə qarşı peyvənd olunduğunu bildirib. O, səhhətinin yaxşı olduğunu və narahatlıq üçün ciddi səbəb olmadığını qeyd edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ