Kəmalə Günəşli: "Geyim insanın əxlaqını, tərbiyəsini göstərir"

Müğənni Kəmalə Günəşli geyim və davranış mövzusu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Sfera.az xəbər verir ki, sənətçi bildirib ki, insanın seçdiyi geyim onun tərbiyəsi və əxlaqı haqqında müəyyən təsəvvür yaradır. O, səhnə fəaliyyətinin yanlış qiymətləndirilməməli olduğunu da vurğulayıb.
"Geyim insanın tərbiyəsini və əxlaqını göstərir. Səhnədə oynamağıma baxmayın, bu tərbiyəsizlik deyil. Bu günə qədər efirdə nə tərbiyəsiz danışmışam, nə də tərbiyəsiz geyinmişəm", - deyə ifaçı bildirib.
Kəmalə Günəşli əlavə edib ki, dekolteli geyimlərdən istifadə etsə də, bunu hər zaman ölçülü şəkildə etdiyini düşünür.
"Yaşıma uyğun olmayan geyimlər geyinib, sonra 'geyimlə əxlaq ölçülmür' demək düzgün olmaz. Mən bu fikirlə razı deyiləm", - sözləri ilə sənətçi mövqeyini ifadə edib.
Müğənninin bu açıqlaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. İzləyicilər onun fikirlərini müxtəlif cür dəyərləndirərək paylaşıma çoxsaylı şərhlər yazıblar.
