Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi

Kateqoriya məlum deyil
T
Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı, bloger Xatirə Yüzbəyova xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə Xatirə Yüzbəyova sosial şəbəkə hesabında paylaşım edib.
Xəstəxanadan foto yayımlayan X.Yüzbəyova son vaxtlar yaşadığı stressin səhhətinə mənfi təsir etdiyini bildirib.
“Son zamanlar stressə bağlı olaraq nə düzgün qidalandım, nə düzgün yatdım. Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq. Hər şey yaxşıdır, daha da yaxşı olacaq”, – deyə o paylaşımında yazıb.
Xatirə Yüzbəyova hazırda müalicəsinin davam etdiyini və səhhətinin yaxşı olduğunu vurğulayıb./müsavat
