Seda Sayanın evli qadınlara xəbərdarlığı müzakirələrə səbəb oldu

Seda Sayanın evli qadınlara xəbərdarlığı müzakirələrə səbəb oldu
Kateqoriya məlum deyil
T

Məşhur müğənni və aparıcı Seda Sayan evlilik və münasibətlər barədə açıqlaması ilə gündəmə gəlib. Onun evli cütlüklərlə bağlı səsləndirdiyi fikir sosial mediada geniş müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, Seda Sayan qatıldığı “YouTube” proqramlarından birində evlilikdə sərhədlərin qorunmasının vacibliyindən danışıb. O, xüsusilə həyat yoldaşlarının dost çevrəsi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Məşhur aparıcı bildirib ki, evli şəxslər münasibətlərində müəyyən qaydalar müəyyən etməlidirlər. Sayanın “Evlisinizsə, ərinizin subay dostunu evə buraxmamalısınız. Gələn hər kəs həyat yoldaşı ilə gəlməlidir” sözləri sosial şəbəkələrdə geniş müzakirə olunub.

Müğəninin bu fikirləri bəziləri tərəfindən münasibətlərdə sərhədlərin qorunması baxımından doğru yanaşma kimi qiymətləndirilib. Onun tərəfdarları hesab ediblər ki, evlilikdə qarşılıqlı hörmət və müəyyən qaydalar münasibətin sağlam qalmasına kömək edir.

Digər tərəfdən, bəzi sosial media istifadəçiləri isə bu yanaşmanı həddindən artıq sərt və köhnə düşüncə kimi dəyərləndirib. Onlar bildiriblər ki, evlilik əsasən güvən və qarşılıqlı anlayış üzərində qurulmalıdır.

Seda Sayanın açıqlaması qısa zamanda sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Mənsumə

Sfera.az

PAYLAŞ