Bu məşhurun adı Bakıda “Şöhrət Yolu”na həkk olundu

Bu məşhurun adı Bakıda “Şöhrət Yolu”na həkk olundu
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur aktyoru Kerem Bürsin karyerasında növbəti uğura imza atıb.

Sfera.az xəbər verir ki, aktyorun adına Azərbaycanın paytaxtı Bakıda yerləşən “Sea Breeze Walk of Fame” (Şöhrət Yolu) layihəsində xüsusi ulduz açılıb.

Bununla da Kerem Bürsin adı dünya şöhrətli aktyor və müğənnilər Vill Smit və Riki Martin ilə eyni siyahıda yer alıb.

Təntənəli açılış mərasimində iştirak edən Kerem Bürsin sevənlərinin və media nümayəndələrinin böyük marağı ilə qarşılanıb. Aktyorun adını daşıyan ulduzun təqdimatı təntənəli şəkildə baş tutub.

Qeyd edək ki, Kerem Bürsin ulduzu açıldıqdan sonra Bakıda keçirilən Beynəlxalq Boks Assosiasiyasının (IBA) təşkil etdiyi tədbirə də xüsusi qonaq qismində qatılıb.

Xatırladaq ki, aktyor bir neçə gün əvvəl gələcək həyat planlarından danışarkən qocalığını sakit bir adada keçirmək istədiyini bildirib.

“Yəqin ki, balıq tutduğum, sakit və səssiz kiçik bir adada yaşayan yaşlı biri olaram”, - deyə Kerem Bürsin bildirib.

“Bu xəyalınızda uşaqlar və nəvələriniz də varmı?” sualına isə aktyor “Şanslı olsam, inşallah olar”, - cavabını verib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ