"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"

"Atalar övladlarını atıb yoxa çıxırlar, Allah bunu qızlarıma yaşatmasın"
Kateqoriya məlum deyil
T

Türkiyəli iş adamı Acun Ilıcalı "Beş çayı" proqramında qonaq olub.

Sfera.az xəbər verir ki, iş adamı müsahibəsində 4 qızı haqqında da danışıb.

"Allah mənə bir-birindən gözəl 4 qız övladı nəsib etdi. Melisa əlimdə böyüdü. Banu ilə mən birlikdə böyüdük. O dünyaya gələndə 20 yaşım vardı. İndi ailəmiz böyüyüb, lap meksikalılara oxşamışıq. İşimlə əlaqədar çoxlu kastinqlərə qatılıram. Seçimlərdə atası olmayan qızları tez müəyyən etmək olur. Çünki daim özlərini qorumalı, həyata qarşı döyüşməli olurlar. Özünəinamlı, güclü olurlar. Arxalarında ata yox, həyatın çətinlikləri ilə özləri üzləşirlər. Çox qəribədir, ataları sanki yoxa çıxırlar. Bunun üçün bir çox səbəb ola bilər. Bunların hamısından ibrət aldım. Allah bunu qızlarıma yaşatmasın" deyə, Acun bildirib.

Qeyd edək ki, Acunun müxtəlif evliliklərindən 4 qız övladı var.\\axsam.az


PAYLAŞ