“Xiaomi” bu telefonlara dəstəyi dayandırdı – Siyahı

“Xiaomi” bu telefonlara dəstəyi dayandırdı – Siyahı
Kateqoriya məlum deyil
T

Çinin texnologiya şirkəti “Xiaomi” bir sıra smartfon və planşet modellərini rəsmi olaraq “Ömür Sonu” (End of Life – EOL) siyahısına daxil edib. Bu qərarla həmin cihazlar artıq proqram təminatı və təhlükəsizlik yeniləmələri almayacaq.

Sfera.az xəbər verir ki, şirkətin açıqladığı siyahıda premium seqmentə aid “Xiaomi 12”, “Xiaomi 12 Pro” və “Xiaomi 12S Ultra” modelləri yer alır. Həmçinin “Xiaomi Pad 6” və “Xiaomi Pad 6 Pro” planşetlərinə də proqram dəstəyi dayandırılıb.

Dəstəyi dayandırılan cihazlar arasında “Poco X5 5G” və “Poco X5” “Pro 5G” modellərinin bəzi regional versiyaları, eləcə də “Redmi Note 12T Pro”, “Redmi K60E” və “Redmi 10 5G” də var.

Qeyd edək ki, bu cihazlar istifadəyə yararlı olaraq qalacaq. Lakin onlar bundan sonra “Android” və “HyperOS” əməliyyat sistemi yeniləmələri yeni funksiyalar, performans təkmilləşdirmələri və təhlükəsizlik yamalarını almayacaq.

Mənsumə

Sfera.az

PAYLAŞ