Allahverdi Yolçuyev vəsiyyətini açıqladı
Kateqoriya məlum deyil
Aktyor Allahverdi Yolçuyev vəsiyyətini açıqlayıb.
Sfera.az xəbər verir ki, sənətçi bu barədə qatıldığı verilişdə danışıb. O, min bir əziyyətlə ev tikdirdiyini və övladlarından həmin evi satmamalarını istəyib:
“Min bir əziyyətlə pul qazanıb ev qurmuşam. Heç kim mənə havayı pul verməyib. Böyük vəsiyyətimdir ki, yaratdığım, qurduğum evi dağıtmasınlar, satmasınlar. Həmişə orada yaşasınlar. 1994-cü ildə atam rəhmətə gedib.
O da deyib ki, bu ev dədə-baba yurdudur, burada qal və yaşa. Mən də övladlarıma deyirəm ki, burada qalın”.






