Birandan keçmiş nişanlısının iddialarına cavab

Birandan keçmiş nişanlısının iddialarına cavab
Kateqoriya məlum deyil
T

Keçmiş nişanlısı Abdurrahman Aydın türkiyəli aktrisa Biran Damla Yılmaz haqqında iddialar səsləndirib.


Sfera.az xəbər verir ki, Abdurrahman aktrisanın Almaniyada estetik etdirdiyini və əməliyyatın borcunu ödəmədiyi bildirib. O, həmçinin aktrisanın axtarışda olduğunu iddia edib.

Biran məsələyə münasibət bildirərək haqqında səsləndirilən iddiaları təkzib edib. Aktrisa bildirib ki, Almaniyaya estetik əməliyyat üçün deyil, sağlamlıq problemlərinin müalicəsi məqsədilə gedib:

"13 yaşımdan bəri müxtəlif sağlamlıq problemlərim var. Bu barədə heç vaxt danışmaq istəməmişəm. Hətta sektorda "aktyor sağlam görünməlidir" düşüncəsi olduğu üçün xəstəliyimi gizlətməyə çalışırdım. Böyrəküstü vəz çatışmazlığı diaqnozu ilə müalicə alırdım. O vaxt sevgilim olan şəxs Almaniyaya getməyi təklif etdi və bəlkə başqa müalicə üsullarının faydalı ola biləcəyini dedi. Mən də onunla birlikdə Almaniyaya getdim".

Yılmaz qeyd edib ki, uzun müddət xəstəxanada müalicə alıb, bəzi günlər yeriməkdə belə çətinlik çəkib. O, əlavə edib ki, səhhətinə görə bir çox layihələrdən imtina etmək məcburiyyətində qalıb:

"Estetik əməliyyat etdirməmişəm. Uşaq sahibi ola bilməyim üçün uşaqlığımla bağlı əməliyyat olunmuşam. Estetik əməliyyat kimi təqdim edilən məsələ əslində qadın sağlamlığımla bağlıdır. Məndən geri tələb olunan məbləğ də həmin əməliyyatın pulu deyil.

Kiçik yaşlarımdan bəri dözülməz ağrılar və müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparmışam. İndi isə kimlərəsə problem yaratdığım üçün məni gözdən salmağa çalışırlar. Bu, heç də ədalətli deyil".

Biranın vəkili də məsələ ilə bağlı paylaşım edib:

"Abdurrahman Aydına qarşı 12 iyun 2026-cı ildə İstanbul Ailə Məhkəməsi tərəfindən saxta sənədlərdən istifadə edərək yalan məlumat yaymaq və böhtan atmaq ittihamı barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, İstanbul Baş Prokurorluğunda təhdid, təqib və digər cinayətlərlə bağlı barəsində istintaq başladılıb. Həmçinin, müəyyən edilib ki, o həm Almaniya, həm də Türkiyədə rəsmi sənədləri saxtalaşdıraraq Biran Damla Yılmazdan pul tələb edib.

Almaniyada Biran Damla Yılmaza qarşı heç bir hüquqi prosedur və ya həbs orderi yoxdur. Buna görə də, bu iddialar hüquqi cəhətdən əsassız, qeyri-real və tamamilə uydurmadır".

Qeyd edək ki, cütlük iki il nişanlı olub.

PAYLAŞ