"ABBA" üzvü vəfat etdi

"ABBA" üzvü vəfat etdi

ABBA-nın bənzərsiz səsinin arxasında duran səs mühəndisi Maykl Tretov İsveçdə 81 yaşında vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə İsveçin "Aftonbladet" qəzeti məlumat yayıb .

 

Faciəni qəzetə musiqiçinin ailəsi də təsdiqləyib. Lakin detallar açıqlanmır: Mayklın oğlu, arvadı və meneceri şərh verməkdən imtina ediblər.

 

Tretov demək olar ki, əvvəldən əfsanəvi pop kvarteti ilə əməkdaşlıq edib və sonuncu olan "Voyage" (2021) istisna olmaqla, qrupun bütün albomları üzərində işləyib.

 

"ABBA" birlikdə işləməyi dayandırdıqdan sonra Tretov musiqi karyerasını davam etdirib: o, filmlər üçün musiqi yazıb, digər sənətçilərlə əməkdaşlıq edib və 1990-cı illərdə qrupun köhnə səsyazmalarını bərpa etməyə başlayıb.

 

İnci

 

 


OXŞAR XƏBƏRLƏR