Məşhur aktrisa 8 aylıq evliliyini bitirir - FOTO
Bu ilin fevralında özündən 20 yaş kiçik sevgilisi ilə ailə həyatı quran “Yeşilçam”ın məşhur ulduzlarından olan Banu Alkan boşanır.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aylar öncə barmağındakı nikah üzüyünü göstərərək gizlicə evləndiyini bildirən sənətçi 46 yaşlı Kemal Yıldızla yollarını ayırır.
Şəxsi həyatı ilə diqqət çəkən Alkan bir müdət öncə qonaq olduğu proqramda toy edəcəklərini də bildirmişdi: “Evləndik, toyumuz bir müddət sonra baş tutacaq. Sonra Parisə gedəcəyik, yenə toy edəcəyik”.
Cütlüyün hansı səbəbdən boşanması isə hələ məlum deyil. Onlar hələ də sosial şəbəkədə bir-birini izləyir və paylaşdıqları fotoları silməyiblər.
Qeyd edək ki, 66 yaşlı Banu Alkan hələ 17 yaşı olarkən iş adamı Gürbüz Həniflə görüşməyə başlayıb. Onların münasibəti 20 il davam edib, lakin sevgilisi xərçəng xəstəliyindən vəfat edib. 2000-ci illərin əvvəllərində biznesmen Murat Taşdemirlə sevgili olub, amma 13 il davam edən bu münasibət də bitib.