"Ustalar üçün yeməyi özüm hazırlayıram"
Maqazin
22:02 / 15.10.2024
2869
"Təmir zamanı mən ustaların yanında oluram. Çünki onlar üçün yemək hazırlayıram".
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “İncə səhər” verilişində deyib. O, evində çalışan ustalar üçün hər gün ət yeməkləri bişirdiyini bildirib:
"Özü də hər gün ət yeməyi olmalıdır. Günorta saat 1 olanda deyirəm ki, divar kağızını yerə qoy və gəl yeməyini ye. Deyir ki, 5 dəqiqəyə gələrəm. Cavab verirəm ki, yox. Nahar vaxtında olmalıdır. Fəhlənin qarını doymalıdır. Axşam saat 7 olanda usta deyir ki, 8-ə işləmiş gedərəm. Cavab verirəm ki, yox, saat 7-dir, iş bitdi. Həm də qonşuları narahat edə bilərik, işdən gələnlər olur, bina evidir. Həm də balalarının yanına getməlisən".