Acunun keçmiş həyat yoldaşı məşhur modellə sevgilidir - FOTO
Kateqoriya məlum deyil
Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı 33 yaşlı braziliyalı model Marlon Teyşeyra ilə sevgilidir.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, 34 yaşlı fenomen sevgilisi ilə əl-ələ çəkdirdiyi fotonu sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Ş.Subaşı 2017-ci ildə məşhur aparıcı-prodüser Acun Ilıcalı ilə, ötən il isə misirli iş adamı Mohammed Alsaloussi ilə ailə qurub. Fenomenin Acun Ilıcalı ilə evliliyindən Melisa adlı qızları var.
Onun ikinci evliliyi isə cəmi 3 ay çəkib.
Ülkər Abdurahmanlı
Fotolar2





