ARB-nin "Biz azərbaycanlıyıq" adlı sosial çarxı müsabiqədə qalib oldu - VİDEO

ARB-nin "Biz azərbaycanlıyıq" adlı sosial çarxı müsabiqədə qalib oldu - VİDEO

Müəllifi Sevinc Çılğın, rejissoru İlham Yaşaroğlu olan layihə Azərbaycanın əksər bölgələrini əhatə edib

 

ARB telekanalının "Anons” şöbəsinin "Biz azərbaycanlıyıq” adlı sosial çarxı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən elan olunan müsabiqədə qalib olub. 

 

Sfera.az xəbər verir ki, vətənpərvərlik ruhunda hazırlanan çarxın çəkilişləri Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keçirilib. Həmçinin tarixi gerçəklikləri özündə əks etdirən arxiv kadrlarından, müasir və şanlı tariximizi özündə əks etdirən görüntülərdən istifadə olunub. 

 

Video-çarx ölkəmizin tarixini, təbiətini, xalqımızın mədəniyyətini, multikultural dəyərlərimizi, qazandığımız zəfəri, milli duyğuları, azərbaycançılıq məfkurəsini özündə ehtiva edir. Diqqət çəkən digər mühim detalsa, çarxda çəkilən insanların aktyorlar yox, müxtəlif təbəqə və peşə sahibi olan insanlar olmasıdır.

 

Müəllifi və rəhbəri Sevinc Çılğın, rejissoru İlham Yaşaroğlu olan layihənin hazırlanmasında onlarla insanın əməyi var. 

 

Layihə dövlət sifarişi əsasında Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyilə çəkilib. 

 


OXŞAR XƏBƏRLƏR

Metroda yenə problem - İntervaldan əlavə 11 dəqiqə gecikmə yarandı

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.&n...

Daha 369 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 36...

Qlobal dövlət borcu bu il 100 trilyon dolları keçəcək - BVF

Bütün ölkələrin ümumi dövlət borcunun bu il 100 trilyon dolları keçəcəyi gözlənilir ki, bu da qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.   Sfera.az...

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin edilib və gündəliyi aşağ...

"Simonyanın razılaşdırılmayan bəndlər barədə açıqlaması diplomatik hiylədir..." - ŞƏRH

“Azərbaycan və Ermənistan sülh sazişində 16 bənd üzrə tam razılığa gəlib. Sülhü bərqərar etməyin vaxtıdır”.   Bunu Ermənistan parlamenti...

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması sadəcə simvolik məna deyil, həm də..."

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində bayrağımızın ucaldılması Azərbaycan tarixinin dönüş nöqtəsi ...