Logo

“Anamın təzyiqi ilə 13 yaşında ərə getdim” - Məşhur aktrisa + FOTO

"Anamın təzyiqi ilə 13 yaşında ərə getdim" - Məşhur aktrisa + FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin məşhur aktrisası Perihan Savaş NTV-də Ahmet Mümtaz Taylanın təqdimatında yayımlanan "Empati" verilişinin qonağı olub. O bu proqramda iş həyatından bəhs edib.

“İşlədikcə təravətli qala bilərəm. Bəzən sıxılıram. Bir müddət işləməməliyəm deyə düşünürəm. Amma bu maksimum 10 gün davam edir”.

Perihan Savaş 13 yaşında ailə qurmasından da söz açıb:

"Atam diş həkimi, anam evdar qadın idi. Anamın təzyiqi ilə əmim oğluyla evlənmişəm. O mənim aktrisa olmağımı istəmirdi. Ona görə də məni tez evləndirdi. Anamın təzyiqindən xilas olmaq üçün evliliklə razılaşdım”.

Qeyd edək ki, aktrisanın İbrahim Tatlıseslə evliliyindən Mələk adlı qızı, Yılmaz Zaferdən Savaş Zafer adlı oğlu var.

Ülkər Abdurahmanlı

"Anamın təzyiqi ilə 13 yaşında ərə getdim" - Məşhur aktrisa + FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR