Zülfiyyə Xanbabayeva vəfat edən qardaşından yazdı
Kateqoriya məlum deyil
Xalq artisti Zülfiyyə Xanbabayevaya ötən ay vəfat edən qardaşı Rəcəblə bağlı sosial şəbəkədə paylaşım edib.
Sfera.az xəbər verir ki, sənətçi mərhumla fotosunu paylaşaraq bunları qeyd edib:
"Yaraşıqlım, qardaşım… Anamın ərköyün balası, Rəcəbim! Məkanın cənnətdir, İnşallah".
Qeyd edək ki, 75 yaşında dünyasını dəyişən mərhumun uzun müddətdir səhhətində problem var imiş.







