Ancelina onunla sevgilidir - FOTO

Ancelina onunla sevgilidir - FOTO

Dünyaşöhrətli aktrisa Ancelina Coli yeni eşqə yelkən açıb.

 

Sfera.az xəbər verir ki, 2019-cu ildə həmkarı Bred Pittdən boşandıqdan sonra uzun müddət sevgi münasibəti qurmayan aktrisanın britaniyalı reper Akala ilə münasibətdə olduğu iddia edilib.

 

Gözəlliyi ilə illərə meydan oxuyan 49 yaşlı Ancelinanın özündən 9 yaş kiçik reperle eşq yaşaması xəbərlərini gündəmə gətirən isə Akalanın instaqramda Colini izləməsi olub.

 

Daha əvvəl 62-ci Nyu - York Film Festivalında birlikdə görüntülənən cütlük aktrisanın ev sahibliyi etdiyi bir təşkilatın tədbirində yenidən bir araya gəlib.

 

Eyni zamanda, Ancelinanın bu ilin avqustunda Akala ilə İtaliyada hoteldən çıxarkən görüntülənməsi onların sevgili olduğu iddialarının doğruluğunu gücləndirib.

 

 

Cütlüyə yaxın bəzi mənbələr ikilinin bir ildən artıqdır görüşdüyünü, Akalanın Colinin qızları Şilo və Zahara ilə ötən ilin mayında tanış olduğunu iddia edib.

 

Qeyd edək ki, Ancelina Coli 2014-cü ildə Bred Pittlə ailə qurub, 2019-cu ildə boşanıblar. Ancelinanın 22 yaşlı Maddoks, 20 yaşlı Paks, 19 yaşlı Zahara, 18 yaşlı Şilo və 16 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var.

 

Aktrisa Maddoks, Paks və Zaharanı Bredlə evli olduğu müddətdə övladlığa götürüb.


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...