Mövlananın nəvəsi olan məşhur müğənni VƏFAT ETDİ - FOTO

Mövlananın nəvəsi olan məşhur müğənni VƏFAT ETDİ - FOTO

Tanınmış türkiyəli müğənni Metin Arolat səhnədə vəfat edib.

 

Sfera.az xəbər verir ki, sənətçinin meneceri Halil Yıldırım onun ölüm xəbərini təsdiqləyib.

 

52 yaşındakı ifaçı İstanbulun Kozyatağında klubda mahnı oxuyarkən qəfil halı pisləşib.  

 

Ona ürək masajı edilsə də, heç bir xeyri olmayıb. İnfarkt keçirdiyi deyilən Arolat təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb. Arolatın xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

 

Qeyd edək ki, Metin Arolat 28 may 1972-ci ildə İzmirdə anadan olub. Ana tərəfdən çərkəz, ata tərəfdən İstanbulludur.Ata tərəfdən Ali Muhsin Paşa, Hasan İzzet Paşa və Çərkəz Mehmetin nəvəsi olan Mətin Arolat həm də Mövlananın 23-cü nəsil nəvəsidir. Babası 23 iyul 1897-ci ildə anadan olan məşhur türk şairi Ali Mümtaz Arolatdır.

 

O, 1995-ci ildə “Ayrılık Olmaz” albomu ilə musiqi bazarına girib və “Star TV”, “Kanal 6” və “ATV”nin Reklam Departamentlərində direktor vəzifəsində çalışaraq, reklam, rejissorluq və albom işlərinə davam edib. O, indiyə qədər cəmi 5 albom çıxarıb: 1995 – “Ayrılık Olmaz”, 1998 – “Yine Bir Başıma”, 2005 – “Kabul et”, 2010 – “Lütfen Yaz Gelsin” (Single),  2010 – “Çok Daha Ötesi”, 2014 – “Karavan”.Metin Arolat bir çox markaların reklamlarına rəhbərlik edib. Vanda Nara və İkardi kimi məşhurların reklam çarxını çəkib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...