Beyons yeni pəhrizindən danışdı - FOTO


Beyons yeni pəhrizindən danışdı - FOTO

Müğənni Beyons moda jurnalı üçün fotosessiyaya çəkilib.


Məşhur yeni fotosessiyasında incə bədən quruluşu və cazibədar obrazları ilə pərəstişkarlarını heyran edib. Beyons sağlam həyat tərzi ilə bağlı fikirlərini də bölüşüb.
 

Sfera.az bildirir ki, “GQ” jurnalının oktyabr sayının üz qabığını bəzəyən Beyons verdiyi müsahibədə sağlam qidalanmaya xüsusi diqqət yetirdiyini bildirib.
 

Üz qabığında Beyons “Miu Miu” brendindən dərin dekolteli qara dar libasda, açıq saç düzümü və “Graff”dan boyunbağı ilə görünür.


Digər cazibədar kadrlarda isə saçlarını yuxarı qaldıran Beyons Rik Qvensdən uzun və açıq çiyinlərlə dar, döşəməyə qədər uzanan paltarda siqarla pozalar verir. Həmçinin ulduzun “Lorraine Schwartz Fine Jewelry” və “Jacob & Co”dan qəşəng üzüklər taxdığını görmək olur.


Müsahibədə pop ulduzu bu yay sağlam qalmaq üçün əlindən gələni etdiyini və pəhrizini əsaslı şəkildə dəyişdirdiyini, hinduşkadan başqa bütün ətləri kəsdiyini, bütün lazımi əlavələri qəbul etdiyini və bacardıqca idman etdiyini açıqlayıb.
 

"Sağlamlığıma diqqət yetirməyə çalışıram, əlavələr qəbul edirəm və çox sağlam qidalanıram. Bu yay hinduşka istisna olmaqla, ətdən imtina etdim"- müğənni bildirib. Üç uşaq anası etiraf edib ki, o, məşq proqramına sadiq qalmağa çalışsa da, lakin həmişə buna nail olmur.
 

Xatırladaq ki, müğənni özünü veqan ki də kimi sınayıb. Pəhrizini daim dəyişdirən Beyons bitki mənşəli qidalara üstünlük verib.


Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR