"Heç bir qadın istəməz ailəsi dağılsın, amma o kitabı özüm bağladım" - Müğənni Aygül
Maqazin
11:25 / 06.09.2024
3232
Gənc ifaçı Aygül Səfərova aparıcı Mikayılın verlişində etdiyi açıqlama ilə diqqətləri üzərinə çəkməyi bacarıb.
Sfera.az xəbər verir ki, ifaçı həyat yoldaşının ona xəyanət etdiyinə görə ayrıldıqların bildirib.
"3 il ailəli olduq. Həyatdır da... Heç bir qadın istəməz ki, sevərək qurduğu ailəsi dağılsın, amma qismət. Hər halda o xəyanət etdi, bununla da məni itirdi. Məni itirmək elə onun ən böyük cəzası olsun.
1 övladımız var. Övladı üçün yaxşı atadır. Amma mən artıq güvənim qalmayan insanla davam edə bilmərəm. Çox sevdim onu, amma sonda kitabı özüm bağladım", - deyə, Aygül qeyd edib. (titul.az)