Türkiyənin məşhur aktrisası Bakıda monotamaşa ilə çıxış edəcək - FOTO

Türkiyənin məşhur aktrisası Bakıda monotamaşa ilə çıxış edəcək - FOTO

Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcək.

 

Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, səhnə əsəri qurumun dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə 5-6 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq:

 

“İkipərdəli monotamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan Şerli Valentinin hekayəsi diqqət mərkəzinə çəkilir. O, özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır”.

 

Məlumatda həmçinin qeyd olunub ki, tamaşanın rejissoru teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan Sumru Yavrucukun özüdür: “O həm də tamaşadakı bütün obrazları canlandırır”.

 

Qeyd edək ki, S.Yavrucuk “Yabancı damat” serialındakı "Fəridə" obrazı ilə məşhurlaşıb. Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda da unudulmaz obrazlar canlandırıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR