Günel Tatlısəsin xəstəxanadan FOTOSUNU PAYLAŞDI
Maqazin
23:46 / 15.07.2024
11472
Türkiyədə yaşayan müğənni Günel Zeynalova əməliyyat olunan İbrahim Tatlısəsi xəstəxanada ziyarət edib.
Sfera.az xəbər verir ki, ifaçı müğənninin xəstəxanadan fotosunu paylaşaraq, onun özünü yaxşı hiss etdiyini vurğulayıb.
"Çox şükür, aslan atam. Əməliyyatımız uğurlu keçib. İmperator sağlam və yanımızdadır. Allah səni bizə çox görməsin" deyə, Günel paylaşımında yazıb.
Qeyd edək ki, 72 yaşlı sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib. (Axşam.az)