Azərbaycanlı və türkiyəli ulduzlar sevənlərini məst etdilər – FOTOLAR

Azərbaycanlı və türkiyəli ulduzlar sevənlərini məst etdilər – FOTOLAR

13 iyul tarixində “Quality Event”in təşkilatçılığı ilə “Quality Fest” keçirilib.


 
Sfera.az xəbər verir ki, EGP arenada keçirilən festivalda Türkiyənin məşhur ulduzları Emre Aydın, İlyas Yalçıntaş, Can Ozan, Mert Aydın, Aydilge ilə yanaşı Rəsul Əfəndiyev və Elvin Babazadə də bir-birindən gözəl ifalarla izləyicilərə əyləncəli anlar yaşadıb. 

 

Seçilmiş ifaçılarla yanaşı möhtəşəm dj şou, rəqs göstəriciləri insanların marağına səbəb olub. 


 
Qeyd edək ki, EGP arenada 8000 izləyici bu festivalı izləmək üçün toplaşıb. Saat 15:00-da başlayan konsert saat 01:00-a qədər davam edib. 

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR