Məşhur müğənni şəxsi həyatından DANIŞDI -"Bu bir problemdir..." - FOTO

Məşhur müğənni şəxsi həyatından DANIŞDI -"Bu bir problemdir..." - FOTO

47 yaşlı kolumbiyalı müğənni Şakira Pike ilə qalmaqallı ayrıldıqdan sonra şəxsi həyatı ilə bağlı planlarından danışıb.

 

Sfera.az bildirir ki, Şakira hələ də şəxsi münasibətlərə sahib olmağın əleyhinə deyil. O, arada heç bir bağlılıq olmayan romantikalara qarşı çıxmasa da, hələ ciddi münasibətə tam hazır olmadığını bildirib. Qeyd edək ki, 2022-ci ildə ayrılan Şakiranı Pike bir neçə qadınla aldadıb.

 

"Kişilərdən xoşum gəlir. Bu problemdir. Başıma gələnlərə görə onları sevməməliyəm, amma təsəvvür edin ki, kişiləri nə qədər bəyənirəm ki, hələ də onlara nifrət etmirəm"- deyə Şakira keçmiş sevgilisinin xəyanətlərinə toxunaraq bildirib.


Qeyd edək ki, ispan futbolçu ilə ayrıldıqdan sonra Şakiranın adı Hollivud aktyoru Tom Kruz, yarışçı Lyuis Hamilton və "Parisdə Emili" serialının ulduzu Lucien Laviscount ilə hallanıb. 


Xatırladaq ki, müğənni və Jerar Pike 2010-cu ildən birlikdə olub. Cütlüyün iki övladı olsa da (Saşa və Milan), məşhurlar heç vaxt münasibətlərini qanuniləşdirməyiblər.

 

2022-ci ilin yayında cütlüyün ayrılması məlum oldu. Bildirilib ki, Pike sevgilisini şagirdinin anası və daha sonra görüşməyə başladığı Klara Çia Martini ilə dəfələrlə aldadıb.

Aynil


OXŞAR XƏBƏRLƏR