Ben Afflek paparazzilərə qəzəbləndi - FOTO/VİDEO

Ben Afflek paparazzilərə qəzəbləndi - FOTO/VİDEO

Hazırda evliliyində böhran yaşayan və medianın diqqət mərkəzində olan Ben Afflek emosiyalarını gizlədə bilməyib.

 

Sfera.az xəbər verir ki, Afflek o qədər əsəbiləşib ki, paparassilər onunla mübahisə etməyə cürət etməyiblər.


Afflek fotoaparatların işığının onu az qala kor etdiyini və qəza riski ilə üzləşdiyini bildirib. 


Ben Afflek yaxın vaxtlara qədər həyat yoldaşı ilə yaşadığı Beverli-Hillzdəki ailə malikanəsindən küçə ilə gedərkən paparassilərin onu kameralarla izləməsəindən qəzəblənib.

 

Afflek avtomobili əsas yola çıxarmağa çalışsa da, kameralar onun görməsinə mane olub. O, qəfil maşını saxlayaraq, maşından düşüb və fotoqrafa tərəf gedib. Afflek bu cür hərəkətlərinə görə fotoqrafları danlayıb.

 

“Qulaq as, dostum, sən məni az qala qəzaya uğradacaqdın.  Yolda gedərkən mənasız çaxnaşmalarınla ​​məni kor etməməlisən”. 


Maşına minən kimi yenə də digər paparassilərə müraciət edərək, bu cür hərəkətlərin təhlükəli olduğunu təkrarlayıb. Aktyor qızının da yuxarıdan gəldiyini, çəkilişlərə davam etsələr, onu da riskə atacaqlarını əlavə edib.

 

Deyəsən, Benin arqumentləri dinlənilib. Afflek özü də qəzəbli və qıcıqlanmış sifətlə hadisə yerini tərk edib.


Aktyor evinə gələndə Lopez orada olmayıb. Keçən həftə Lopez İtaliyada idi, indi isə Parisdədir.

 

Cütlük iki aydan artıqdır ki, ayrı yaşayır. Ben keçmiş həyat yoldaşı Cennifer Qarner və üç övladına yaxın olan Brentvudda ev kirayələyib.


Şayiələrə görə, boşanmaq ərəfəsində olan cütlük malikanəni 65 milyon dollara satmaq istəyir, lakin indiyədək onu almaq istəyən tapılmayıb.
Bu arada, Cenniferin barışmaq şansının olmaması ilə bağlı şayiələr getdikcə güclənir.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Palata daha bir Nazirliyə XƏBƏRDARLIQ ETDİ

Hesablama Palatasının 2022-2023-cü illərdə Gənclər və İdman Nazirliyi dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nət...

Omanda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatdı

Omanda ABŞ və İran arasında dolayı danışıqların üçüncü raundu başa çatıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət telerad...

İrandakı partlayışda xəsarət alanların sayı DURMADAN ARTIR - VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...

Qarabağda buna 5 milyon xərclənəcək

Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" ...

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə t...

Ukrayna Rusiyanın Kurskla bağlı bəyanatını təkzib edib

Kremlin Rusiya Federasiyasının Kursk vilayətini azad etməsi ilə bağlı məlumatı reallığa uyğun gəlmir. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində əməliyyatı dav...