Ağamirzənin qızı ABŞ-də EVLƏNDİ - Toyu bu məşhur idarə etdi + FOTO

Ağamirzənin qızı ABŞ-də EVLƏNDİ - Toyu bu məşhur idarə etdi + FOTO

Meyxanaçı Ağamirzə Məmmədovun qızı ABŞ-də ailə həyatı qurub.

 

Sfera.az xəbər verir ki, meyxanaçı bu barədə “Qonaqcanlı” verilişində bildirib.

 

O, övladının bu ilin iyununda Mehdi adlı bəylə ailə qurduğunu açıqlayıb: “Oğlan Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu - red.) də toyu idarə edib”. 


OXŞAR XƏBƏRLƏR