Mahsun Kırmızıgül Bakıda konsert verdi - FOTOLAR

Bugün Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi, aktyor, rejissor, ssenarist və bəstəkarı Mahsun Kırmızıgülün konserti keçirilib.
Sfera.az xəbər verir ki, konsertdə Mahsun Kırmızıgülün xüsusi dəvəti ilə şəhid ailələri də iştirak edib. Müğənni "Dinle", "Vefasız", "Sarı, sarı", "Yıkılmadım" və digər sevilən mahnıları ilə bütün tamaşaçılara maraqlı anlar yaşadıb. Konsert zamanı 1960-cı illərin türk filmləri də nümayiş etdirilib.
Mahsun Kırmızıgül azərbaycanlı pərəstişkarları qarşısında çıxış edib. O, ilk mahnısının necə ərsəyə gəlməsindən danışıb.
"11-12 yaşımda küçələrdə su sataraq özümə velosiped aldım. Daha sonra həmin velosipedi sataraq özümün ilk mahnımı ərsəyə gətirdim".
"Bu mahnı sayəsində mənə Türkiyədən təklif gəldi. Məni Türkiyənin tanınmış produserlərindən biri məni məşhur kluba apardı. Həmin klubda çox gözəl bir xanım mahnı oxuyurdu. Amma gözünün biri bağlı idi. Məndə maraqla produserdən ona nə olduğunu soruşdum. Produser sevgilisinin üzünə sirkə tökdüyünü dedi. O, Bergen idi. Sonra mən səhnəyə çıxdım. Mənim mahnım zamanı Bergen ağladı və mən gedib onun gözyaşını sildim".
Ülkər Abdurahmanlı Anar Bayramlı