Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

Maqazin
16:36 / 15.05.2024
4654
“Avroviziya” musiqi yarışmasında ölkəni təmsil edən ukraynalı sənətçilər köynəklərindəki təxribat xarakterli şüarlara görə cərimələniblər.
Sfera.az xəbər verir ki, bu barədə "Alyona Alyona" təxəllüsü ilə çıxış edən ukraynalı rep ifaçısı Alena Savranenko məlumat verib.
Savranenko "Instagram" sosial şəbəkəsində yazıb ki, müsabiqənin qaydalarına əsasən, iştirakçılara paltarların üzərində hər hansı yazı və ya markadan istifadə etmək qadağandır.
Bununla belə, sənətçilər 2022-ci ilin yazında Mariupola hücum zamanı əsir düşən ukraynalı əsgərlərlə bağlı vəziyyətə diqqət çəkmək qərarına gəliblər.Müğənni daha sonra cərimə ilə bağlı qeydini postundan silib. Buna baxmayaraq, şərhçilər bu hadisəni aktiv şəkildə müzakirə etməkdə davam ediblər.
İnci