Maykl Ceksonun gizlətdiyi oğlu kimdir? - FOTOLAR

Maykl Ceksonun gizlətdiyi oğlu kimdir? - FOTOLAR

Məşhur müğənni Bruno Marsı tanımayan yoxdur.
 

Sfera.az bildirir ki, “The Weeknd” ilə birlikdə dövrün Maykl Ceksonlarından sayılan ulduzun əslində Maykl Ceksonun öz oğlu olduğuna dair şayiələr var.
 

Pop musiqi dünyasının ən böyük adlarından biri olan Maykl Cekson bu gün də bir sıra yeni müğənnilərə ilham mənbəyidir.

Usherdən Castin Timberleykə qədər bir çox adın mahnılarında və vokal texnikasında Pop Kralının izlərini görmək mümkündür. Ancaq kimin daha çox bənzədiyini soruşsanız, şübhəsiz ki, “The Weeknd” və Bruno Mars önə çıxır.


Son zamanlar internetdə dolaşan bir sui-qəsd nəzəriyyəsi isə indi yenidən gündəmdədir.

İddialara görə, Bruno Mars Maykl Ceksonun bioloji oğludur.

 

Sözügedən sui-qəsd nəzəriyyəsində fiziki oxşarlıqdan daha çox təfərrüatlar var.

Maykl Cekson uzun illər əvvəl oğlu olduğunu açıqlasa da, media onu və anasını narahat etməsin deyə kimliyini gizlədib.

Məşhur müğənninin atası da illər sonra bu vəziyyəti təsdiqləyib və oğlunun gizli övladı olduğunu deyib. 2014-cü ildə Brandon Howard adlı bir gənc ortaya çıxdı və Maykl Ceksonun oğlu olduğunu iddia etdi. Lakin DNT testinin saxta olduğu üzə çıxdıqda, onun qısa müddətli media fəaliyyəti sona çatdı.


Bruno Mars isə 1985-ci ildə anadan olub. Maykl Cekson bu bəyanatı 1986-cı ildə etmişdi.

Pərəstişkarları gizli övladının müğənninin məşhur hiti “Billie Jean”a mövzu olan sevgilisi ilə münasibətindən doğulduğunu düşünür.


Maykl Ceksonun heç böyüməyən nağıl qəhrəmanı Piter Pana heyranlığını çoxları bilir. Əslində onun yaşadığı malikanənin adı nağılda deyildiyi kimi “Neverland” idi.
 

Sənətçi uşağa Piter Pan adını vermək istədiyini dəfələrlə deyib.


Maraqlıdır ki, Bruno Marsın da əsl adı Piterdir.


Bruno Marsın sağ əli kimi tanınan vokalçı və bəstəkar Filip Lourensin bu nəzəriyyəni təsdiqlədiyi üçün işdən çıxarıldığı iddia edilir.

Ancaq qeyd etməliyik ki, bu barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələrə görə, bu iddianı ilk gündəmə gətirən və işdən qovulan müğənninin mətbuat müşaviri olub.

Mənbələr Maykl Ceksonun dəfnində böyük oğlunun da olduğunu bildirir. Bruno Mars dəfn mərasiminə dəvət edilən məşhurlardan biri olsa da, o, iştirak etməyib.

Lakin sui-qəsd nəzəriyyəçiləri onun dəfndə iştirak etdiyini iddia edirlər. Bruno Marsın müğənninin öldüyü il Maykl Ceksonun səsyazma şirkəti ilə müqavilə imzalaması da diqqət çəkir.


Bruno Mars valideynlərinə də çox bənzəmir. Hətta onun daha çox Maykl Ceksona bənzədiyini söyləmək olar.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...